ВЫШКА № 17 (19869) от 6 мая 2011 года

В этом номере читайте:

ЛИТВА ПОСТОЯННО ПОДДЕРЖИВАЕТ ПОЛИТИКУ АЗЕРБАЙДЖАНА
ПО ИНТЕГРАЦИИ В ЕВРОПУ

В Баку в понедельник с официальным визитом прибыла Президент Литвы Даля Грибаускайте. Высокую гостью встретил Президент Азербайджана Ильхам Алиев. В этот же день главы двух государств провели встречу один на один, по завершении которой Президент Азербайджана Ильхам Алиев и Президент Литвы Даля Грибаускайте выступили с заявлениями для печати. Даля Грибаускайте выразила удовлетворение своим визитом в Азербайджан. По ее словам, литовская сторона довольна развитием экономических связей между Литвой и Азербайджаном. Позитивно оценив реализацию в Азербайджане программы по борьбе с коррупцией, глава литовского государства отметила, что этот вопрос находится на повестке дня и в ее стране.



ТАКИЕ УНИКАЛЬНЫЕ ЛЮДИ ПРИХОДЯТ В ЭТОТ МИР КРАЙНЕ РЕДКО

В эту замечательную весеннюю пору научно-техническая общественность нашей республики отмечает 100-летие со дня рождения одного из выдающихся ученых-геологов, корифея геологической науки, доктора геолого-минералогических наук, академика Национальной академии наук Азербайджана, дважды лауреата премий СССР, лауреата премии имени И.М.Губкина, Почетного нефтяника СССР, заслуженного деятеля науки и техники Туркменской ССР, профессора Али Ашрафа Абдул Гусейн оглу Ализаде. В этой связи на днях в большинстве научных организаций, так или иначе связанных с геологией и нефтедобычей, состоялись мероприятия, посвященные памяти академика.



АСТАРИНСКАЯ ЭС — 5 ЛЕТ УСПЕШНОЙ ЭКСПЛУАТАЦИИ

Вот уже 5 лет Астаринская электростанция занимает свое достойное место в электроэнергетической системе страны. Эта станция является первой из пяти станций, построенных на основе агрегатов поршневого типа в рамках соответствующего распоряжения Президента Ильхама Алиева. Успешная эксплуатация станции является очень важным фактором для электроэнергетической системы республики. Ряд практических задач, оказавшихся новым словом для энергетиков страны, были протестированы на этой станции. Большинство специалистов, которые работают на Шекинской, Хачмазской, Нахчыванской и Бакинской электростанциях, свои технические познания применили на практике именно здесь.



«SAHIL» BAĞINDA MÖHTƏŞƏM GÜL BAYRAMI

Umummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən tədbir paytaxt sakinlərinə xoş və unudulmaz anlar bəxş etdi.
Ötən gün Səbail rayonu ərazisində yerləşən «Sahil» bağında adi günlərdən tamamilə fərqlənən qələbəlik vardı. Bağ bayramsayağı bəzədilmiş, bir-birindən rəngarəng və könül oxşayan gül-çiçək «yağışına» qərq olmuş, yuxarı başda incəsənət nümayəndələrinin çıxışı üçün böyük səhnə qurulmuşdu. Buraya axışan paytaxt sakinləri əsl bayram əhval-ruhiyyəsində idilər, hamının çöhrəsində təbəssüm duyulurdu. Az keçmiş ətrafa şaqraq musiqi sədaları yayıldı…
Ulu öndər, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə düzənlənən möhtəşəm Gül bayramı elə ilk dəqiqələrdən xüsusi marağa səbəb oldu. ARDNŞ və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət saraylarının bədii kollektivləri və solistləri paytaxt sakinlərinə bir-birindən gözəl mahnı və rəqs çələngindən ibarət konsert proqramı təqdim etdilər. İdarənin Mədəniyyət və İstirahət İşləri Departamenti nəzdində yaradılması nəzərdə tutulan Nəfəsli alətlər orkestrinin, «Vətən» xalq çalğı alətləri ansamblının çıxışları alqışlarla qarşılandı.
Adil İsgəndərov adına Mədəniyyət Sarayının xalq təsviri sənəti studiyasının üzvləri açıq havada çəkdikləri rəsmlərlə seyrçilərin marağına səbəb oldular. Pərvin Şahbazzadə, Könül Cavadova, Ülviyyə Haqverdili, Arzu Aslanova, Ayna Qənbərova və Vaqif Səftərovun yaratdığı tablolar tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Studiyanın rəhbəri Hacırza Məlikov bildirdi ki, bugünkü Gül bayramına studiya üzvlərinin 20 əl işi təqdim olunub. Onların dekorativ, rəngkarlıq, qrafika, vitraj, tətbiqi sənət nümunəlri yer alır. Təqdim edilən hər bir sənət nümunəsi ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunub.
ARDNŞ Sosial İnkişaf İdarəsinin uşaq bağçalarında körpələrin iştirakı ilə hazırlanan və Ulu öndərin əziz xatirəsinə həsr olunan gül kompozisiyaları, maketlər, rəsmlər də nümayiş olunurdu. «Süsən» uşaq bağçasının müdiri Sevda Orucova ekologiya mövzusnda muncuqlarla işlənən kompozisiyanın araya-ərsəyə gətirilməsində böyük yaş qrupunda tərbiyə alan uşaqların həvəslə iştirak etdiyini diqqətə çatdırdı: «Gül bayramında hamıdan çox körpələr sevinir. Ümummilli liderimiz Heydər Əliyev uşaqları çox sevir və hər zaman onların qayğısına qalırdı. Uşaqlar da bu dahi şəxsiyyətə bəslədikləri məhəbbəti çəkdikləri rəsmlərlə, oxuduqları mahnəlarla ifadə etməyə çalışırlar.» «Sünbül» uşaq bağçası kollektivinin təbii güllərdən hazırladığı «Azad Azərbaycanım» ompozisiyasında da əsası Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin əzəməti nəzərə çarpırdı. Etibar Ömərov adına uşaq bağçasının Gül bayramına töhfəsi də öz orijinallığı ilə və bənzərsiz dəst-xətti ilə seçilirdi. Kompozisiyada dahi rəhbərin müxtəlif təbii güllərdən düzəldilən al-əlvan xalça üzərindəki rəsmi böyük maraqla izlənilirdi.
ARDNŞ Sosial İnkişaf İdarəsinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi də Gül bayramında nümayiş olunan kompozisiya və əl işlərinə birgə tamaşa etdilər, səhnə önündə dayanıb, tədbirin çal-çağırlı qonaqlarının ifasında təqdim olunan mahnı və rəqs nümunələrini heyranlıqla izlədilər.
ARDNŞ Sosial İnkişaf İdarəsi rəisinin müavini Vasif İmanovdan aldığımız məlumata görə, Gül bayramınıda ümumilikdə ARDNŞ-ə məxsus 5 mədəniyyət sarayı və 39 uşaq bağçasının 200 əl işi təqdim edilib. Əl işlərini və konsert proqramını minlərlə paytaxt sakini izləyib. Bununla yanaşı, mədəniyyət sarayları və uşaq bağçalarının kollektivləri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakı şəhərində keçiriləcək digər bayram tədbirlərinə də maraqlı əl işləri və rəngarəng musiqi çələngi ilə qatılacaqlar.
Əmrah FƏQANOĞLU.
Fotolar Vüsal BABAYEVİNDİR.



КОГДА «ЗОЛОТЫЕ ПЕРЬЯ» СМЕНЯЛИСЬ НА ШТЫКИ

В годы Великой Отечественной войны азербайджанская пресса объявила политико-идеологическую войну «оголтелым фашистам, нарушившим мирную советскую жизнь». На страницах выходивших в то время газет печатались лозунги с призывами к борьбе с врагом, статьи, письма с фронта. Первую информацию о начале войны дала газета «Коммунист» (№147 23 июня 1941 года), опубликовав выступление Молотова, Указ Президиума Верховного Совета СССР и Постановление об объявлении войны.



ÇILOVDA YAŞILLAŞDIRMANIN VÜSƏTI ARTIR


Ekologiya məsələlərinin,
ətraf mühitin təmizlənməsi məsələlərinin həlli.. bundan sonrakı illərdə də prioritet məsələ kimi qalacaqdır

İ.ƏLIYEV

Azərbaycanda ötən il ölkə prezidenti tərəfindən «Ekologiya ili» elan olundu. Ekoloji məsələlər, ətraf mühitin sağlamlığının qorunmasının əsas amili kimi dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Artıq bu sahədə görülən işlər öz bəhrəsini verməkdədir. Yurdumuzun hər guşəsində aparlıan yaşıllaşdırma işlərinə elliklə qoşulan əhali ətraf mühitin mühafizəsinin əhəmiyyətini dərindən dərk edir, əmək kollektivləri keçirilən iməciliklərdə fəallıq göstərirlər. Vətənimizin gözəlliklər məskəninə, yaşıllıqlar diyarına çevrilməsi üçün hər bir kəs öz töhfəsini verməyə çalışır.
Ölkə iqtisadiyyatında müstəsna mövqeyi və yeri olan «28 May» NQÇİ-nin əmək kollektivi də ağacəkmə kampaniyasında böyük mütəşəkkillilk göstərməkdədir. Dahi öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində keçirilən növbəti iməcilikdə, NQÇİ-nin yeni inzibati binasının həyətində təşkil olunmuş gül bayramında bunu aydın müşahidə etmək olardı. Çilov adasında təbii şərait nəzərə alınmaqla son bir il ərzində 35 min müxtəlif növ ağac, dekorativ bəzək kolları əkilərək onların aqrotexniki qaydalara uyğun olaraq becəriməsinə, böyüdülməsinə, inkişafına nail olunmuşdur.
Sevindirici haldır ki, ada ərazisində əkilmiş ağac və kolların 93 faiz çıxışı alınmışdır ki, bu da kifayət qədər göstəricidir. Abşeronun subtropik iqliminə uyğun seçilmiş bu ağac və kolların üzərində ciddi bağban diqqət və qayğısı hər qarışda hiss olunur. Bu da təsadüfi deyildir. Çünki «28 may» NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının tərkibində yaşıllaşdırma sahəsinin fəaliyyət göstərməsi bu işdə mühüm rol oynayır. Sahəyə təcrübəli aqronom Xosrov Kərimli rəhbərlik edir, Kollektivdə 38 bağban, iki aqronom işləyir. Onların hər biri öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır, məsuliyyətini aydın başa düşür. Təcrübəli alim-aqronom Ramiz Cavadov, Şöhrət Mürsəlov, sahə rəisinin müavini Nurlan Yunusov, bağbanlardan Aybəniz Amanova, Fariz İmaməliyev, Səftər Əliyev, Sergey Zima, Cəmil Kərimov, Nicat Məmmədova və başqalarının yaxşı işini qeyd edən sahə rəisi Xosrov Kərimli bizimlə söhbət zamanı qeyd etdi ki, «28 may» NQÇİ-nin rəisi Rövşən Qarayev başda olmaqla, idarənin rəhbərliyi, yaşıllıq təsərrüfatı işçilərinin səmərəli və işgüzar fəaliyyət göstərməsi üçün hərtərəfli köməklik göstərir, xüsusilə zəruri olan alət və avadanlıqların, dərman preparatlarının və s. alınmasında kollektivə dəstəyini əsirgəməməklə yanaşı, dəyərli məsləhətlər verirlər. Onlar həm də ağacəkmə kampaniyasında, iməcliklərdə şəxsən iştirak edərək nümunə göstərir, kollektivi daha məhsuldar, daha həvəslə işləməyə ruhlandırır. Gələcəkdə sahildən ting və şitil gətirilməməsi üçün yaşıllıq təsərrüfatının ərazisində tingliklər də salmışıq.
Məlumat üçün bildirək ki, Xosrov müəllim şair təbiətli insan olduğuna görə aqronom ixtisasını da məhz torpağa dərin sevgisi müqabilində seçib. Ona görə də təbiətdən, torpaqdan, ixtisasından söz düşəndə ilhama, vəcdə gəlir, necə deyərlər, ürəyi atlanır, xoş hiss və duyğularla yaşayır, emosionallığını saxlaya bilmir, xalq şairi Rəsul rzanın torpaq haqqında fikirlərinə istinad edərək deyir: «Biz torpağın qoynunda, ana qucağında gözlərimizi açmış, torpaq üstündə ayaq tutub yerimiş, dil açıb danışmışıq. O, bizim ölümsüz, qocalmayan, yorulmayan anamız, ilk və son beşiyimizdir. İnsan torpağın oğlu, onun hamisi, onun yiyəsi, onun bağbanıdır.Torpaqsız həyat yoxdur. Torpağın insan kimi dostu, canlı havadarı, övladı var. İnsan ən yararsız, quru torpağı çiçəkli-çəmənli bir bağa döndərməyə qadirdir. Torpaqla insanın dostluğu qədim, qırılmaz, əbədidir. Torpağı-analizi daha dərin, daha qaynar, daha davamlı, böyük məhəbbətlə sevməliyik».
Əməksevər «28 may» kollektiv idə Xosrov müəllimin başçılıq etdiyi yaşıllaşdrma işçilərinin timsalında iməciliklərdə təbiəti, torpağı, yaşıllığı öz nəcib və xeyirxah işləri ilə sevdiklərini dəfələrlə sübut etmişlər. Onlara işlərində uğurlar arzulayırıq.
Vahid Hacıyev.


Подробнее читайте в газете
 
•  на главную -->>