ВЫШКА № 25 (20032) от 27 июня 2014 года

В этом номере читайте:



АНН БРАССЁР: «ПРЕДСЕДАТЕЛЬСТВО АЗЕРБАЙДЖАНА
В КОМИТЕТЕ МИНИСТРОВ СОВЕТА ЕВРОПЫ БУДЕТ УСПЕШНЫМ»

Президент Азербайджана Ильхам Алиев, находящийся с рабочим визитом во Франции, во вторник встретился в Страсбурге с председателем Парламентской ассамблеи Совета Европы Анн Брассёр. Анн Брасcёр встретила Президента Азербайджана Ильхама Алиева.



BAKI ALİ NEFT MƏKTƏBİNİN TƏLƏBƏLƏRİ ÇİLOVDA VƏ GÜNƏŞLİDƏ OLMUŞLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il fərmanı ilə yaradılmış, qısa zaman kəsiyində böyük şöhrət qazanmış Bakı Ali Neft Məktəbinin (Rektoru Elmar Qasımovdur) bir qrup tələbəsi iyun ayında fizika-riyaziyyat elmləri doktoru professor Siyavuş Azakovun (məlumat üçün bildirək ki, o, MDU-nun məzunu, D.Bloxintsev, A.Proxorov, A.Kolmoqorov, N.Boqolyubov, N.Basov kimi riyaziyyatçı akademiklərin yetirməsi, Rusiyanın məşhur Steklov adına Riyaziyyat İnstitutunda namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş alim olaraq uzun müddət AMEA-nın Fizika İnstitutunda akademik Həsən Abdullayevin rəhbərliyi altında fundamental tədqiqatlar aparmış görkəmli tədqiqatçıdır) qrup rəhbərliyi ilə ARDNŞ-i, «Azneft» İB-i «28 May NQÇİ»-nin müxtəlif istehsalat sahələrində təcrübədə olmuşlar.



SU TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN ƏMƏYİNƏ QİYMƏT VERİLDİ

Azərbaycan Respublıikası Prezidentinin sərəncamları ilə «Əməkdar mühəndis» fəxri adına və «Tərəqqi» medalına layiq görülən «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilmişdir.



«AZƏRİKİMYA» İSTEHSALAT BİRLİYİNDƏ 26 İYUN — SİLAHLI QÜVVƏLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

«Azərikimya» İstehsalat Birliyində 26 iyun — Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibətilə tədbir və çoxluq etibarilə Qarabağ müharibəsi əlillərindən formalaşdırılmış oturaq voleybol üzrə Azərbaycan Milli komandasının üzvləri ilə görüş keçirilmişdir.



ОНИ НЕ ВИДЕЛИСЬ БОЛЬШЕ ПОЛУВЕКА...

Еще не так давно эта рубрика была постоянной на страницах нашей газеты. Надо сказать, что за очень короткое время она стала популярной не только среди наших читателей. На электронную почту редакции стали приходить письма и запросы из разных уголков мира, которые мы, естественно, тут же пересылали в Аз. ОКП, тем самым став участниками поискового движения. Нередки были даже случаи, когда именно «Вышке» удавалось создать мост между родными и близкими, долгие годы искавшими друг друга. И можно только радоваться тому, что рубрика вновь заработала, а также пожелать удачи ее бессменной ведущей.



ГЛАВНЫЙ ДЕВИЗ ЖИЗНИ — ТВОРИТЬ

Недавно в Российском информационно-культурном центре торжественно отметили юбилей известной бакинской поэтессы Валентины Георгиевны Эфендиевой, члена Союза писателей Азербайджана, лауреата премии «Золотое перо», руководителя литературного объединения «Родник» при общественно-политической газете «Вышка», свободного художника. В.Г.Эфендиева более 50 лет проработала мастером-стилистом, награждена орденом «Знак почета» и медалью «Ветеран труда».



ISLAHATLAR DAVAM EDİR

«Azərsu» Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə islahatları davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, «Asan xidmət» mərkəzlərində «Azərsu» ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılmışdır. «Asan xidmət» mərkəzlərində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər:
— Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;
— Borc haqqında məlumatın (arayış) verilməsi;
— Smart tipli sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi.
— Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart kartlara yüklənməməsi və s. hallarda);
— Yeni smart kartların verilməsi;
— İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;
— Qeydiyyatda olan və «Azərsu» ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart karta yüklənməsi;
— Smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi;
— Smart tipli sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.
İtirilmiş smart-kartın bərpası üçün 5 manat rüsum istisna olmaqla digər xidmətlər ödənişsizdir. İlkin mərhələdə bu xidmətlər Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı «Asan xidmət» mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə «Azərsu» ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur. Yaxın vaxtlarda «Azərsu» ASC bütün «Asan xidmət» mərkəzlərində öz xidmətləri ilə təmsil olunacaqdır.


Подробнее читайте в газете
 
•  на главную -->>