ВЫШКА №39 (20456) от 7 октября 2022 года



NEFT DAŞLARININ SALNAMƏÇİSİ – «NEFT DAŞLARI» QƏZETİ

«Neft Daşları» qəzetinin ilk sayı 1967-ci il oktyabr ayının 3-də işıq üzü görmüşdür. Bu o il idi ki, Neft Daşlarında neft hasilatı üzrə ən yüksək nəticə əldə olunmuşdur. Belə ki, həmin il, Neft Daşları yatağından 7,6 milyon ton neft hasil edilmiş, gündəlik hasilatı isə 20 820 tona bərabər olmuşdur. Açıq dənizdə polad dirəklər üzərində Xəzərin amansız şıltaqlıqlarına sinə gərən «qara qızıl» çıxaran dəniz fatehlərinin şücaətindən «Kommunist», «Bakinskiy Raboçiy», «Vışka» qəzetlərində yazılar dərc edilsə də onlar tələbatı ödəmirdi. Çünki burada hər gün xarüqələr yaradılır, tarixin səhifələrinə hər gün yeni bir hadisə yazılırdı. Bax, elə bu səbəbdən də hadisələri yerindəcə görən, vaxtında ictimaiyyətə xəbər verən, ölkənin iqtisadiyyatında önəmli rol oynayacaq, Xəzər neftinin şanlı salnaməsini yaradacaq, yazacaq bir mətbu orqana ehtiyac duyulurdu. «Neft Daşları» qəzeti məhz bu zəruriyyətdən yarandı.
Qəzetin yaranmasında o vaxt NQÇI-yə rəhbərlik edən Bəhmən Hacıyev, Partiya Komitəsinin Katibi Neman Qasımov, Həmkarlar ittifaqı Komitəsinin sədri Mayıs Hacıyevin zəhmətini, göstərdikləri təşəbbüsü xüsusi qeyd edirik.
«Neft Daşlan» qəzeti 4 səhifədən ibarət olub, həftədə bir dəfə – azərbaycan və rus dillərində (2 səhifə azərbaycan, 2 səhifə rus dilində) nəşr edilməyə başladı. Təəccüblü olsa da azərbaycan və rus dillərində nəşr olunan qəzetə rəhbərlik rusdilli Vladimir Kremerə həvalə olundu. O bu vəzifədə bir neçə ay işlədikdən sonra «Sosialistiçeskaya lndustriya» qəzetində əməkdaşlığa dəvət aldı. Kremer Moskvaya gedəndən sonra onun yerinə çox məkrli, həddən ziyadə bic, ancaq öz mənafeyini güdən və onun uğrunaa yorulmadan mübarizə aparan erməni Vladimir Sarkisov gəldi. Bu vaxt artıq 4 səhifəlik qəzetdə iki redaktor fəaliyyət göstərirdi. Rus dilində çap olunan səhifəyə Vladimir Sarkisov, azərbaycan dilində çap olunan səhifəyə isə Aydın Kərimov redaktorluq edirdilər. V.Sarkisov bir neçə il işlədikdən sonra Partiya üzvülük haqqını vermədiyinə və işində yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad edildi. Onun yerinə Sofa Varzager təyin edildi. 0, analıq məzuniyyətinə getdikdə, onu Oleq Ginzburq, Nikolay Qlazkov əvəz etməyə başladı. Bir neçə ildən sonra Oleq «Vışka» qəzetinə əməkdaşlığa dəvət aldıqda S. Varzager yenidən əvvəlki vəzifəsinə qayıtdı. 80-ci ilin sonlarında o ailəsi ilə birlikdə İsrailə yaşamağa getdi. Elə o vaxtdan da qəzetə ikihakimiyyətliliyə son qoyuldu. V.Sarkisovla eyni vaxtda Azərbaycan şöbəsinə Aydın Kərimov redaktorluq edirdi. O bir neçə il işlədikdən sonra xəstəliyi ilə əlaqədar sahildə işləməyə getdi. Onun yerinə qəzetdə əməkdaşlıq edən şair, publisist Aslan Kəmərli təyin edildi. O da bir neçə il işlədikdən sonra «Azərbaycan Gəncləri» qəzetinə dəvət aldı. Onun yerinə o vaxt qəzetdə ədəbi işçi işləyən Sabir Rzayev redator təyin edildi. Sabir Rzayevin yerinə isə Eynulla Umudov ədəbi işçi vəzifəsinə qəbul olundu. Bu 1971-ci ilin dekabr ayının 23-də oldu. 1978-ci ilin aprel ayının 1-də E.Umudov qəzetə redaktor vəzifəsinə irəli çəkildi.
«Neft Daşları» qəzeti yarandığı gündən heç bir qəzetə bənzəməyən, öz yolu, öz ənənəsinə sadiq qalan mətbu orqan olmuşdur. O daim çoxtirajlı qəzetlər arasında sayılıb-seçilən və ön sırada gedən qəzetlərdən biri olub. Ermitaja SSRİ mətbuat arxivinə göndərilən qəzetlərdən birinə çevrildi. Mükafatlar aldı, «Qızıl qələm»ə layiq görüldü. Şöhrəti Azərbaycanın hüdudlarını aşdı. Beləcə böyük həyata üz tutdu «Neft Daşları».
Açıq dənizdə karbohidrogen ehtiyatlarının çıxarılıb xalqın ixtiyarına verilməsində rəşadət göstərən dəniz bahadırlarının şanlı əmək salnaməsini yaradan «Neft Daşları»nın səhifələrində həmişə maraqlı, oxunaqlı oçerklər, zarisovkalar, reportajlar, analitik yazılar öz əksini tapıb. Orada zəhmət adamlarının şeir və hekayələri də dərc olunurdu. Qəzetin ştatdankənar xeyli müxbirləri var idi. Ilk informasiyaları şerləri, hekayələri «Nett Daşları» qəzetində işıq üzü görən, bir çoxlarının artıq neçə-neçə kitabları nəşr olunub. Belələrinə Zaməddin Həmişəyev (Ziyadoğlu), Qələndər Xaçınçaylı, Xıdır Alovlu, Qismət Alışoğlunu və bir çox başqalarını misal göstərmək olar.
Qəzetin nəzdində «Dalğa» ədəbi birliyi fəaliyyət göstərirdi. Burada poeziya və nəsr həvəskarları öz bədii yazıları ilə çıxış edirdilər. Onların yazıları müzakirə olunar, iradlar tutular, məsləhətlər verilərdi. Qəzet nöqsanlardan da yan keçməzdi. Dəniz neftçilərini narahat edən problemlər onun səhifələrində dərhal əz əksini tapırdı. Bir sözlə qəzet dəniz neftçilərinin yaxın dostu, köməkçisi, əməkdaşı idi.
«Neft Daşları» qəzeti çoxtirajlı qəzetlər arasında daim öndə gedib, bir çox yarışların və müsabiqələrin qalibi olub. Bu qəzet yeganə mətbu orqanıdır ki, o, Azərbaycan Jurnalistlər Birliyinin «Qızıl qələm» mükafatına layiq görülmüşdü. Qəzet həmçinin Ulyanov adına Umumittifaq Diplomuna, Azərbaycan Jurnalistlər Birliyinin Fəxri Fərmanına bir sıra digər qiymətli hədiyyələrə layiq görülmüşdür.
Uzun illər qəzetə redaktorluq etmiş E.Umudov xatırlayır:
«Neft Daşlarına 1967-ci ilin yanvar ayında gəlmişəm. Əmək fəaliyyətinə yanvarın 21-də 2 saylı mədəndə neftçıxarma operatoru kimi fəaliyyətə başlamışam. 1971-ci ilin dekabrına qədər orada çalışmışam. Bəlkə elə bu səbəbdən neftçilərin zəhmətini, işini, problemini bu qədər yaxından hiss edirəm, duyuram, ilk yazım da 1967- ci ildə işlədiyim mədən neftçilərinin əməyindən bəhs edən «Azərbaycan Gəncləri» qəzetində dərc olundu. Demək olar bir növ elə bu yazı gələcək taleyimi həll etdi. Sonralar vaxtaşırı bu qəzetdə oçerklərim, zarisovka və reportajlarım dərc olunmağa başladı.
«Nert Daşları» qəzeti yarandığı gündən onun fəal yazarlarından biri olmuşam. Təkcə işlədiyim mədən deyil, dəniz şəhərciyinin hər yerindən onu qurub-yaradan insanların uğurlarından, əldə etdikləri nailiyyətlərdən, qarşıya çıxan nöqsanlardan bəhs edən yazılarla çıxış edirəm. 1971-ci ildə isə qəzetə ədəbi işçi vəzifəsinə qəbul olundum. Əsl fəaliyyətim də elə ondan sonra başladı. Təəssüf ki, mən qəzetdə işləməyə gələndən bir neçə ay sonra Sabir Rzayev ağır xəstələndi. Qəzetin bütün ağırlığı mənim üzərimə düşdü. Mən həm yazırdım, həm redaktə, həm də korrektə edirdim. Nə az, nə çox, düz 7 il beləcə işlədim. 1978-ci ildə «Neft Daşları» qəzetinə redaktor təyin olundum. Necə işlədiyim barədə doğru-dürüst fikri qəzetin oxucuları söyləyə bilərlər. Amma onu deyə bilərəm ki, burada işləyə-işləyə ADU-nin (indiki BDU) Jurnalistika fakültəsini müvəffəqiyyələ bitirmişəm. İşlədiyim müddətdə Azərbaycan Ali Sovetinin Fəxri diplomla, Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl Qələm» mükafatına və fəxri fərmanlarına, SSRİ XTNS-nin bürünc medalına, bir sıra mükafatlara layıq görülmüşəm.
Burada işlədiyim müddətdə mavi dəniz şəhərində bir sıra mühüm tədbirlər, yubileylər keçirilib, dünya şöhrətli qonaqlar gəlmişlər. Azərbaycanda RSFSR ongünlüyü iştirakçılarının, kosmonavtların, N.S.Xruşşovun, bir sıra dövlət xadimlərinin, Azərbaycan KP MK-nın birinci katiblərini... buna misal qöstərmək olar. Bütün bu tədbirlər və bura gələn qonaqlar barədə «Neft Daşları» qəzeti öz səhifələrində geniş maleriallar vermişdir.
90-cı illərin əwələrində ölkənin həyatını bürüyən böhranlı hallar neft sənayesində, o cümlədən neftçi qəzetinin həyatında özünü göstərdi. Maliyyə problemləri ucbatından qəzetin maliyyələşməsi ləngidi, hətta dayandırıldı. Rus dilində çıxan «Neftənıe Kamni» qəzetinin fəaliyyəti isə artıq 1990-ci ildən dayandırılmışdı. 1992-93-cü ildə qəzetin nəşri demək olar ki, tam dayandırıldı. 1993-cü ildə Neft Daşlarının bir qrup ziyalılarının yaradıcı insanların idarə rəisi V.Hüseynov, B.Bayramov qəzetin əməkdaşı Zahir Mehrəliyevin səyləri ilə qəzetin fəaliyyəti bərpa edildi, ayda 1 dəfə çap olunmağa başladı. Artıq qəzet öz coğrafıysını genişləndirdi. «28 May», «Abşeronneft» «Binəqədineft» NQÇİ-lər, «Neft Daşları» DQİİ-də qəzetin həmtəsisçiləri sırasına qoşuldu, qəzet neft sənayesinin əksər sahələrində yayılmağa başladı. Müstəqilik dövrünün ağrılı, çətin ilk addımları, ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu Yeni Neft Strategiyası işlənməsi, həyata keçirilməsi və uğurları, neftçi həyatının bütün sahələri qəzetdə öz əksini tapırdı.
2003- cü idən qəzet 8 səhifədə çıxmağa başladı. Tirajı artaraq 4 minə çatdırıldı. Neft Daşlarının 50-55 illik yubileyləri, ümummilli lider Heydər Əliyevin 75, 80, 85 illik yubileyləri ilə bağlı, «Neft Daşları» qəzetinin 40, 50 illik yubileyi və digər hadisələrlə bağlı qəzetin rəngli xüsusi buraxılışları olmuşdur. Neft Daşlarının 55 illik yubileyi ərəfəsində Alçın Şirinzadənin məsləhətçiliyi, Xeyrulla Ağayevin redaktorluğu ilə işıq üzü görən qəzetin xüsusi buraxılışı – «Neft Daşları -55» jurnalında dəniz əfsanəsinin bütün tarixi fotoşəkillərdə və xronoloji materiallarda öz əksini tapmışdır.
Qəzetin «köynəyindən çıxmış» yaradıcı insanların sonrakı taleləri müxtəlif olsa da, həmişə qəlbən neftçi qəzetinə bağlı olublar. Hal-hazırda «Neft Daşları» qəzetinin baş redaktoru Xeyrulla Ağayev, müxbiri Bəhruz Məmmədovdur, Vahid Hacıyev «28 May» NQÇİ üzrə müxbir, Zahir Mehrəliyev «Abşeronneft» NQÇİ üzrə müxbirdir, Vladimir Qomozov fotomüxbir işləmişdir.
Bu illər ərzində müxbirlər Cəfər Süleymanov, Füzuli Məmmədov, habelə qəzetsevənlər Siyavuş Alxazov, şair Zaməddin Ziyadoğlu, Ağasəməd Səlimov, Kamal Dadaşov, Adil Məmmədzadə, Qüdrət Tasinov, Nizami Əliyev, Şahlar Məmmədov, Adiil Əhmədov və s. fəal yazarlar qəzetdə sıx əlaqə saxlamış, maraqlı yazılarla çıxış etmişlər.

Xeyrulla AĞAYEV.

Çox hörmətli həmkarlarım, hamınızı 94 yaşlı «Vışka» qəzetinin kollektivi adından «Neft Daşları» qəzetinin 55 illiyi ilə ürəkdən təbrik edirəm. Sizə möhkəm can sağlığı, yeni-yeni uğurlar, və elə yazıların müəllifi olmaq arzularam ki, qələminizlə yazılan oçerk, reportaj, zarisovkalar illər keçdikdən sonra da yadda qalsın, həmin qəzetin sayını, «Vışka» qəzetini kimi, oxucularınız öz arxivlərində uzun müddət saxlasın və nəvə-nəticəsinə, nəsildən-nəsilə çatdırsın. «Neft Daşları» qəzeti vışkaçılara əziz və doğma bir qəzetdir. Vaxtilə qəzetimizin səhifələrində belə bir rubrika var idi: «Нефтяные камни в гостях у Вышки» v qostəx u «Vışki» – «Neft Daşları qəzeti «Vışka qəzetinin qonağıdır». Arzu edərdim ki, bu ənənə qəzetmizin 95-illiyi ərəfəsində tezliklə bərpa olunsun və bizim oxucularımız da əfsanəvi «Neft Daşları»nın həyat və fəaliyyətindən, neftçilərin əmək qəhrəmanlıqlarından agah olsunlar. Bir də qəzetinizin bütün kollektivini ürəkdən təbrik edir, «Neft Daşları» qəzetinə uzun omür arzulayırıq. Kollektiv adından

Mədinə Həsənova.


 
•  на главную -->>